Reklam
Reklam

Etimologiya lüğəti

topal

Ayaq (təpik) sözü ilə bağlıdır. Qolu şikəst olana çolaq (əsli: qolu yox), ayağı şikəst olana topal deyirik. Deməli, təpik, təpmək, topal kimi sözlər eyni kökdən törəyib. Topuq isə “topa bənzəyən” (yumru) deməkdir, onun təpik sözü ilə qo­hum­luğu yoxdur. Topal adamın şikəstliyi, axsaqla müqayisədə, daha çox olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti