Ağdam, Kürdəmir, Mingəçevir, Şuşa
Paltarı və sairəni sabunsuz yumaq. □ Ala bu köynəyi toqqaşda, sər, qoy qurusun (Ağdam); Tənbəllix' eləmə, dur mənim o coraflarımi əlində toqqaşda (Şuşa).
Mingəçevir
məc. Bir şeyi və ya işi çətinliklə düzəltmək. □ Bir tə:r toqqaşdadım, birəz pul düzəltdim ki, bir at alam.
Azərbaycan dilinin dialektoloji lüğəti