Dəniz, göl və böyük çaylarda buzların sıxılması nəticəsində yaranan buz parçaları yığını.
Buzların bir-birinə təzyiq etməsi onların kənarlarının qırılması və üst-üstə qalanmasına səbəb olur. T.-ların hündürlüyü 8-10 m-ə, sahilboyunda isə 20 m-ə çatır. Belə buz yığınlarına Şimal Buzlu okeanı dənizlərində, onların sahil hissələrində daha çox rast gəlinir. Buz səthinin T.-luluğu beş ballıq şkala üzrə ölçülür: 0 bal düz səthə, 5 bal isə tamamilə T.-larla örtülmüş səthə uyğun gəlir.
Coğrafiya terminləri lüğəti