Reklam
Reklam

Məsəllər, deyimlər

TORPAĞINI TORBA İLƏ DAŞITMAQ

Cəzalandırmaq, ağır cəzaya məruz qoymaq, məğlub edib divan tutmaq.

İfadә tarixdə qalib dövlətin məğlub etdiyi düşmənin ərazisindən rəmzi olaraq torpaq daşıyıb aparması adəti ilə bağlı yaranmışdır.

Torpağın torbada daşınıb aparılması adәti qәdim Şumerdә, Babilistanda vә Assuriyada geniş yayılmışdı. Məğlub olan ölkədәn qәnimәtlərin aparılması nәinki iqtisadi vә siyasi-ictimai әһәmiyyәtli hadisә hesab olunurdu, hәm dә sırf mәnәvi-rәmzi mәnası olan hәrəkәt sayılırdı. Mәğlub ölkәdәn tanrıların heykәllәrini aparmaqla öz ilahlarının sayını çoxaldır, düşmәnlәri isə ilahsız vә demәli, kömәksiz qoyurdular.

Tarixdәn mәlumdur ki, e.ә. 689-cu ildә Assuriya qoşunu bir hәmlә ilә Babil şəhәrini fәth etmiş, әhalini qırmış, sarayları vә mәbәdlәri dağıtmış, şəhәrә divan tutmuşdu. Bunlarla kifayәtlәnmәyәn assuriyalılar tonlarla Babil torpağını gәmilәrә yüklәyib Bәhreyn adasına aparmış vә orada hәmin torpağı külәyә vermişdilәr, belәliklә dә öz әbәdi rәqiblәrini mәnәvi cәhətdәn dә tamamilә mәhv etdiklərini göstərmәk istəmişdilәr.

Məsəllər, deyimlər