Dəyənək, çomaq. (“Koroğlu” dastanının lüğəti)
Keçəl Koroğlunu görən kimi dəmir toxmağı götürüb Koroğlunun üstünə cumub dedi:
– Əclaf, bu toxmaqla başını əzərəm, de görüm kimsən, burada neyləyirsən?
(Paris nüsxəsi, 6-cı məclis)
Kənizlər dərhal ağır bir toxmaq tapıb quyunun dibinə salladılar. Koroğlu əl-ayağının kündəsini sındırdı.
(Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikası