Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

toy nəğmələri

Şifahi xalq ədəbiyyatının lirik janrlarından biri; nikahla bağlı mərasimlərdə oxunan nəğmələr.

Folk­lo­rumuzda “Toyun mübarək olsun”, “Yaxşı bəzək vurun bizim gəlinə”, “Xoş gəldin sən bizə”, “Qardaşımın toy qoyunu”, “Bəyin tərifi”, “Ay, yara xoş gəldin deyin” kimi nəğmələr mövcuddur. Bir çox digər nəğmələr kimi toy nəğmələrinin də konkret bədii forması (struktur, qafiyə) olur. Toy nəğmələri elçilik, nişan, oğul evləndirmək, gəlin köçürməklə bağlı oxu­nan nəğmələrdir:

Qızılgülü biçmişəm,

Biçəndə and içmişəm.

Yüz gözəlin içindən

Təkcə səni seçmişəm.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti