Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

trio

1. Üç ifaçıdan (çalğıçı və ya müğənni) ibarət ansambl; üçlük.

2. Hər birinin ayrıca partiyası olan üç alət və ya üç səs üçün yazılmış musiqi əsəri.

Avropada trio dedikdə, adətən, skripka, violonçel və fortepianodan ibarət üçlük, Azərbaycanda isə xanəndə, tar və kamançadan ibarət muğam üçlüyü nəzərdə tutulur.

İbtidai siniflər üçün terminlər lüğəti