Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tumanagirən

Gəncə, Ordubad, Şuşa

Bayram şənliklərində atılan fişəngin bir növü.  Tumanagirən atmışam, düz getdi Səltənətin civinə girdi (Gəncə); Uşaxlar bayramda çoxlu tumanagirən almışdılar (Ordubad); Qabaxlarda No:uruz bayramında tumanagirən alardıx, yandırıf buraxırdıx, belə burula-burula gedirdi (Şuşa).

Azərbaycan dilinin dialektoloji lüğəti