Orta əsrlərin əvvəllərində Türkiyə, hüdudları Avropanın cənub-şərqinə çatmış nəhəng bir dövlət idi. Qərbi və Şimali Afrikaya da bütövlükdə Türkiyə və digər müsəlman ölkələri nəzarət edirdi. Xristian Avropası şimal-qərbdə kiçik bir ərazini tuturdu.
Avropalılar Asiya və Afrika məhsullarını çox bəyənir, amma onları ancaq Türkiyə ərazisindən keçən ticarət yolları vasitəsilə ala bilirdilər; Məsələn, Afrikada qırqovul fəsiləsinə aid əhliləşdirilmiş quşlar yaşayır. Həmin quşlar Türkiyə ərazisi ilə Avropaya gətirilmişdi. Buna görə də bu quş avropalılar üçün türk xoruzuna çevrildi.
Hələ Qədim Misirin mövcud olduğu dövrlərdən Yaxın Şərqdə yaşılımtıl-mavi rəngli bir daş haqda məlumat var idi və bu daş çox yüksək qiymətləndirilirdi. Bu daşın ən yaxşı nümunələri İran ərazisində hasil edilir və Türkiyə vasitəsilə Avropaya gəlib çıxırdı.
Avropalılar, əslinə qalsa, Türkiyədən o yana baxa da bilmirdilər. Bu ölkə sanki özündən o tərəfi dərk etmək yolunun qarşısını kəsmişdi. Bu səbəbdən də fransızlar bu daşı “la pierre turquoise” (türk daşı) adlandırmağa başladılar (biz isə bu daşı firuzə kimi tanıyırıq). (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti