Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

uçan qumlar

Küləklərin təsiri ilə yerini dəyişən qumluqlar.

U.Q. küləyin səhra və çöllərin yumşaq süxurlarından qoparıb bir yerə topladığı hissəciklərdən ibarətdir. Onlar zolaqlar şəklində hərəkət edir, yüngül olduqları üçün uzaq məsafə qət edə bilir, əkin sahələrinə ziyan vurur, su hövzələrini çirkləndirir. U.Q.-a Rusiyanın mərkəzi hissəsində, Orta Asiyada, bitki örtüyünün zəif olduğu digər çöllük ərazilərdə rast gəlinir.

Coğrafiya terminləri lüğəti