Reklam
Reklam

Tarix terminləri lüğəti

Üçüncü reyx

alm. Drittes Reich

1933-cü il martın 24-dən 1945-ci il mayın 23-dək Almaniya imperiyasının qeyri-rəsmi adı.

Tarix ədəbiyyatında “nasist Almaniyası” ifadəsinin sinonimi kimi işlənir. Ü.R. termini “üç çarlıq” haqqında orta əsr mistik təlimləri əsasında yaranıb. Terminin bilavasitə yaradıcısı isə 1923-cü ildə işıq üzü görmüş eyniadlı kitabın müəllifi Meller van den Bruk (1876–1925) hesab olunur. Nasistlər “alman millətinin müqəddəs Roma imperiyası”nı (962–1806) – birinci, 1871–1918-ci illər Almaniya imperiyasını ikinci, I Dünya müharibəsindən sonra dirçəlmiş Almaniyanı isə Ü.R. adlandırıblar. Onlar sonuncu reyxin min illərlə mövcud olacağını iddia ediblər.

Tarix terminləri lüğəti