Reklam
Reklam

Məsəllər, deyimlər

ÜÇÜNCÜ YOL YOXDUR

«Yalnız mövcud olan, təklif edilən iki yoldan biri seçilməlidir» mənasında işlədilən ifadə.

İfadə eyni mənanı verən məşhur «tertium non datur» Roma məsəlindən götürülmüşdür.

Əsasında məntiqin «üçüncünü istisna prinsipi» (qanunu) duran həmin məsələ görə, hər hansı situasiyada mövcud variantlar içərisində «hə» və «yox» həqiqi, digərləri isə yalan olur. Yəni iki yoldan biri olmalıdır, üçüncü və dördüncü variant ola bilməz.

«Üçüncü yol yoxdur» ifadəsi tez-tez KİV-də insan şüurunu manipulyasiya etmək üçün işlədilir; məsələn, «Rusiyada ya Putin olmalıdır, ya da ölkə dağılmalıdır», yaxud «Misirdə demokratiya yoxdur və olmayacaq. Hakimiyyət ya hərbçilərin, ya da dindar müsəlmanların əlinə keçəcək, üçüncü yol yoxdur» və bu kimi tezislər yalnız ictimai rəyi səfərbər etmək, kütləyə təsir göstərmək üçün işlədilir.

Bu ifadə Aristotel məntiqindəki analoqu – üçüncünü istisna qanunu ilə də səsləşir.

Məsəllər, deyimlər