azərb. Ülkar Dana bürcündə bir-birinin yaxınlığında olan yeddi ulduz topasının adındandır.
Ərəblərdə həmin ulduza Sürəyya, farslarda Pərvin deyirlər. Türk antroponimik vahidlər sistemində mövcud Ülkər qadın adı geniş yayılmışdır. Dünyanın əksər xalqlarının mifologiyasında gözəl qızların müəyyən çətinliklərlə üzləşərkən əlacsızlıqdan onu ulduza, ağaca, quşa və s. çevirməsi ilə bağlı Tanrıya xahiş, dua etmələri mifoloji rəvayətlərdə, əfsanələrdə yer almışdır. Belə əfsanələrdə adətən Tanrı əlacsız qalmış bu məsum, günahsız qızların arzusunu yerinə yetirir. Kimisini ulduza, ağaca, quşa və s. döndərir. Ülkər ulduzu haqqında da bir çox əfsanələr məlumdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti