Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

ulus

El, oba, yurd. (“Koroğlu” dastanının lüğəti)

Sağ gedəsən ulusuna, elinə,

Misri qılıc bağladaram belinə.

Geyim qurşan, qalxan bürü qoluna,

Sən də bəylərinən sayıl, Eyvazxan!

                    (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

                                *

Vara-vara dost kuyindən yad oldum,

Qəhbə fələk, haçan səndən şad oldum?

Vətənimdən, ulusumdan yad oldum,

Yada salmaz qohum, qardaş, el məni.

                           (Gürcü əlifbası ilə yazılmış əlyazma)

Azərbaycan dastanlarının leksikası