“Özünə umac oya bilmir” deyirik. Umac sözünün əsli ovmac olub. Ovmaq sözündəndir. İndi forması dəyişib: o səsi u səsinə keçib, v səsi ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)