lat. unio – birlik
Monarxiya dövlətlərinin bir monarxın hakimiyyəti altında birləşməsi.
Dövlət hüququnda U.-nın iki növü fərqləndirilir: şəxsi U. və real U. Şəxsi U.-da sülalə əlaqələri və vəliəhdlik qaydaları səbəbindən eyni şəxs iki və daha artıq dövlətin monarxına çevrilir; məs.: 1714–1837-ci illərdə İngiltərə və Hannoverin U.-sı. Belə U.-da birləşmiş dövlətlər öz suverenliyini saxlayır, ümumi monarxın hakimiyyəti isə əksər hallarda nominal xarakter daşıyır. Real U. isə müqavilə əsasında (məs.: 1814–1905-ci illərdə İsveç və Norveçin U.-sı), yaxud daha güclü dövlətin birtərəfli qaydada qəbul etdiyi qərar nəticəsində (məs.: 1867–1918-ci illərdə Avstriya və Macarıstanın U.-sı) formalaşır. Beynəlxalq münasibətlərdə real U. vahid suveren dövlət kimi çıxış edir.
Tarix terminləri lüğəti