Reklam
Reklam

Tarix terminləri lüğəti

uqarit dili

Finikiyanın şimalında yerləşmiş qədim Uqarit şəhər-dövləti əhalisinin dili.

Onun sami dillərinin şimal-qərb qrupuna aid olduğu güman edilir. U.D.-ndə e.ə. XIV–XIII əsrlərə aid yazılı abidələr, həmçinin sonrakı dövrlərə məxsus kitabələr bizim günlərə qədər çatıb. Bu dilin leksikasında sami mənşəli sözlər üstünlük təşkil edir, lakin hürri dilindən alınma sözlərə də rast gəlinir.

Tarix terminləri lüğəti