1. Yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideya-bədii xüsusiyyətlərin, fərqlənmə əlamətlərinin vəhdəti; stil. □ Romantik üslub. Qotik üslub.
2. Ümumiyyətlə, üsul, tərz.
3. Hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadə üsulu. □ Qəzet üslubu. Feilyeton üslubu. Nağıl üslubu.
4. Nitqin sintaktik və sözlərin işlənmə formalarına uyğun olaraq qurulması. □ Üslub səhvləri. Öz əsərinin üslubu üzərində işləmək. Məqalənin üslubunu düzəltmək.
Həmçinin bax: