yun. οutopos – olmayan yer
İdeal cəmiyyət modelinin təsvir olunduğu əsər.
Bu janrın adı ingilis filosofu Tomas Morun 1516-cı ildə yazdığı “Utopiya” (“Ən yaxşı dövlət quruluşu və yeni Utopiya adası haqqında məzəli olduğu qədər də faydalı olan qızıl kitabça”) adlı əsərində təsvir edilən adanın adından götürülüb. Bununla belə, U. sözünə ilk dəfə Platonun “Dövlət” traktatında rast gəlinir (M.ö. 427-347). Belə əsərlərdə hələ həyata keçməmiş xəyal mövcud olan həqiqi, real bir şey kimi təqdim edilir. Azərbaycan ədəbiyyatında N.Gəncəvinin “İsgəndərnamə” poemasında təsvir olunan “Xoşbəxtlər ölkəsi” U.-nın bir nümunəsi kimi qəbul edilə bilər:
Oğrudan qorxmarıq, biz nə şəhərdə
Qaraul qoyarıq, nə də çöllərdə.
Şadlıqda hamımız şadlıq eylərik.
Qızıla, gümüşə aldanmaz heç kəs,
Onlar bizim yerdə bir şeyə dəyməz.
...Bizdə cavanlıqda ölməz bir nəfər,
Yalnız çox yaşamış qocalar ölər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti