Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

uyğun [uyğun] sifət

1. Uyar, müvafiq; düz gələn, müvafiq olan, lazımi şəkildə olan, bir şey üçün yararlı olan; münasib, layiq, yaraşan; tələbə, şərtə cavab verən. □ Uyğun bir vəzifə. Qabiliyyətinə uyğun bir iş.

2. Bir-birinə uyan, həmahəng olan. □ Uyğun səslər uçuşur sol, sağında; Şən bülbüllər, dadlı dillər bizimdir. (A.Şaiq).

3. Əlverişli, münasib. □ Mallar uyğun bir qiymətə satılır.

Azərbaycan dilinin izahlı lüğəti