Hadisəni, onun baş verdiyi yeri uzaq məsafədən bütövlükdə nümayiş etdirən görüntü.
U.P. seyrçidə hadisə və onun baş verdiyi şərait haqqında ümumi təsəvvür yaradır, adamlarla əşyaların məkandakı nisbətini anladır. Belə planın çatışmazlığı hadisənin, şəraitin detallarını görməyə imkan verməməsindədir. Bir sıra hallarda bu çatışmazlıqdan jurnalistikada, kinematoqrafiyada üstünlük kimi istifadə olunur, nəticədə seyrçi diqqətini hadisənin mahiyyəti üzərində cəmləşdirə bilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti