1. Məsafəcə uzunluq, məsafəcə yaxın olmama; uzaq olma, iraqlıq, iki müəyyən nöqtə arasındakı məsafə. □ Yolun uzaqlığı. Səfərin uzaqlığı. Ulduzların uzaqlığı. Məsafənin uzaqlığı. Mərmi uçuşunun uzaqlığı. Atış uzaqlığı.
2. Uzaqda olan, uzaqlarda görünən şey, ya şeylər. □ Planetlər, uçulub dağılan o dəhşətli uzaqlıqlar daima mənə qədim bir əfsanə kimi gözəl və irişilməz görünürdü. (Ə.Məmmədxanlı).
3. Zamanca, dövr etibarilə yaxın olmama, uzaq olma, aradan çox zaman keçmə. □ Hadisələrin uzaqlığı.
Həmçinin bax: