Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

üzlük [üzdüx'] isim

1. Üz çəkmək üçün yarar parça və s. Döşək üzlüyü.

2. Sifət kimi: üz çəkmək üçün yarar parça və s.Üzlük çit. Üzlük məxmər.

3. Sifət kimi: bir şeyin üzünə yapışdırmaq, çəkmək üçün yarar, üz çəkmək üçün olan. Üzlük daş. Üzlük material.

4. Üzə taxılan (bəzək və s.).Əşrəfidən üzlük üzündə göyçək; Boğazı altında sığallı birçək. (M.P.Vaqif).

5. Qorumaq üçün üzə taxılan şey. Dəbilqə üzlüyü.

6. Niqab.

7. Maska....üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. (H.Sarabski).

8. Çörəyin üzünə sürtülən yağ və s.

Azərbaycan dilinin izahlı lüğəti