Reklam
Reklam

Tarix terminləri lüğəti

vadi

ərəbcə

Su axınlarının yaratdığı çökək və axın istiqamətində maili uzunsov relyef forması.

V.-lər, adətən, axar suyun eroziya fəaliyyəti nəticəsində formalaşır. Çaylar öz sahillərini yuyaraq ətrafında V. yaradır. Onun uzunluğu isə bir neçə kilometrdən bir neçə yüz kilometrədək ola bilər. Mərkəzi Asiyada V. dedikdə həmçinin sıra dağlar və ya yüksəkliklər arasında geniş düzənlik nəzərdə tutulur (məs.: Sırdərya çayı boyunca 300 km uzanan, eni bəzi yerlərdə 170 km-ə çatan Fərqanə V.-si). V.-lər əhalinin məskunlaşması və kənd təsərrüfatının inkişafı üçün çox əlverişli sahələrdir.

Həmçinin bax:

Tarix terminləri lüğəti