Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

varis [va:ris] isim ərəb

1. Bir şəxsin ölümündən sonra, yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun var və mülkünə sahib olan adam; vərəsə, xələf. □ Mərhumun varisləri bir-birinin üzünə baxıb ... pulları verirlər. (Ə.Haqverdiyev).

2. İrs olaraq ata-anasından, nəslindən bir xassə, bir şey almış adam və ya heyvan. □ Təbiətdə irsiyyətin xüsusiyyəti miras və varisdə olduğunun eynidir.

3. Məcazi mənada: bir işi davam etdirən; davametdirici, davamçı. □ Təyyarəçi olmaq, yəni döyüş ənənələrinin varisi və davametdiricisi olmaq böyük şərəfə nail olmaq deməkdir.

Azərbaycan dilinin izahlı lüğəti