Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

veb-sayt isim inf. ing. web + site - yer, ünvan

Şəbəkədə geniş məlumatların toplandığı özəl ünvan; İnternetdə istifadəçi üçün ayrılmış özəl ünvanı olan virtual məlumat mənbəyi.

Burada hər növ audio və vizual materialları yerləşdirmək mümkündür. V.s.-la işləmək üçün bu əməliyyatlar ardıcıllıqla yerinə yetirilməlidir: a) sənədin açılışı; b) kodlaşdırmanın dəyişdirilməsi; c) hiperistinadlar vasitəsilə lazımi səhifəyə keçid; ç seçilmiş sənədin faylının saxlanılması; d) sənədin çap edilməsi. Konkret V.s.- a baxmaq üçün mütləq onun ünvanını vermək tələb olunur. Baxış keçirmək və bir səhifədən başqasına keçməyi brauzerlər gerçəkləşdirir. Bax Brauzer. V e b-s ə h i f ə kompüter şəbəkəsində tərkibində mətn, digər sənədlərə, qrafiklərə, audio və video təsvirlərə hiperistinad olan sənədləri özündə əks etdirən konkret ünvan. V.-s.-la Veb-səhifəni anlayış kimi eyniləşdirmək olmaz. Əgər birinci (V.s.) kitabdırsa, ikinci yalnız bir səhifədir. □ Məlumatı veb-saytda yerləşdirmək.

Azərbaycan dilinin izahlı lüğəti