Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

vədə1 ərəb

Bir iş üçün təyin olunan vaxt, müddət. (“Koroğlu” dastanının lüğəti)

İndi sabah yox, o birigün vədəsidir. (“Koroğlunun İstanbul səfəri”)

*

Vədədən çox keçmişdi. Dəmirçioğludan xəbər gəlmədi. (“Koroğlunun Ərzurum səfəri”)

vədə2 ərəb

Vəd, söz vermə, öhdəyə götürmə. (“Koroğlu” dastanının lüğəti)

Bolu bəy, mən vədəmə doğru çıxıb gəldim. (“Koroğlu ilə Bolu bəy”)

Azərbaycan dastanlarının leksikası