ərəb. vafa (əslində vafa) sözü dilimizdə səbat, etibar, sözünün üstündə durma, borcunu yerinə yetirmə, həmçinin məhəbbətdə sədaqət, etibar mənalarını ifadə edir.
Vəfa şəxs adı Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Adın mənasına diqqət verilərkən ifadə olunan xüsusiyyətlərin həm kişilərdə, həm də qadınlarda olması arzuolunandır. Yəqin ki, məişətimizdə bunu əsas götürərək Vəfa adını dünyaya göz açan həm oğlan, həm də qız övladlara vermişlər.
Azərbaycan şəxs adlarının izahlı lüğəti