Vəkilin peşə fəaliyyəti ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər, arayışlar barədə yayılması qadağan edilən informasiya.
V.S. hüquqi rejiminə görə konfidensial informasiya sayılır. Vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər sirr kimi qorunur. Müraciət edən şəxsin istəyi olmadan bu barədə məlumatlar mediada açıqlanmamalıdır. Onlar məhkəmədə də sübut kimi qiymətləndirilə bilməz. Vəkilin peşə sirrini qoruyacağı barədə andının mətni müvafiq qanunvericilik aktında öz əksini tapıb.
Jurnalistika terminləri lüğəti