lat. verus – əsl + lat. facere – etmək, düzəltmək
1. İnformasiyanı təhlil etməklə onun həqiqiliyinin, etibarlılığının yoxlanması.
İnformasiyanın V.-sı konkret texnologiyalar əsasında aparılır. Bunun üçün onun mötəbərliyi (məlumat mənbəyinin ciddiliyi), şəffaflığı (informasiyanın keçdiyi yolun izlənməsinin mümkünlüyü), digər mənbələr (sənədlər, KİV materialları, ekspertlər, şahidlər) tərəfindən təsdiq edilib-edilmədiyi, elmiliyi, məntiqəuyğunluğu və s. keyfiyyətləri araşdırılır.
2. Əsərin nüsxəsini orijinalla tutuşduraraq onların uyğunluğunun yoxlanması.
3. İnformasiya bazasına daxil olmaq istəyən istifadəçinin yoxlanılaraq onun şəxsiyyətinin və səlahiyyətinin təsdiq edilməsi.
Jurnalistika terminləri lüğəti