Fal baxıcılığı ilə bağlı olan şeir.
Heca vәznindә, dördmisralı, sadә dildә olması vә bәzi başqa xüsusiyyәtləri ilә bayatıya oxşayır. Vəsfi-hallar insanların dünyaya baxışını, adәtlәrini, etiqadlarını özündə yaşadan şeirlərdir. Vəsfi-hal belә ifa olunur: içi su ilә dolu olan bir badyanın ağzına yaylıq salınır. Badyanın yanında oturan adam badyadan çıxardığı hәr “nişanəyә” bir bayatışəkilli şeir söylәyir ki, buna vəsfi-hal deyilir; mәsәlәn:
Sarı çit, sarı yaxa,
Yoruldum qaxa-qaxa.
Başım-gözüm ağrıdı
Yollara baxa-baxa.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti