Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

vətəndaş mövqeyi

Vətəndaşın digər şəxslər, sosial qruplar, bütövlükdə cə­miy­yət qarşısında qanuni və mənəvi öh­də­liklərinə məsuliyyətli münasibəti.

Bu geniş termi­nin müxtəlif izahları olduğu kimi, jurnalistikada da ona fərqli mü­nasibət mövcuddur. Bir nəzəriyyəyə görə, jurnalist öz fəaliy­yətini peşə prin­sip­lə­rindən başqa, heç bir öhdəliklə məh­dud­laşdırmamalı, yalnız hə­qiqəti söyləməlidir. Digər baxış sistemində V.M. termini faktik olaraq «vətənpərvərlik» anlayışı ilə eyni­ləşdirilir və mediadan mil­lətin, dövlətin maraqlarını hər şeydən üs­tün tutmaq tələb olunur. Belə təsəvvürlər daha çox ­avtoritar cəmiyyətlərə xasdır. Üçüncü nə­zəriyyə isə jurnalistin V.M. ilə peşə borcunu əlaqəli şəkildə şərh edir. Buna «partisipant jurnalistika» da deyilir. Həmin baxışa görə, jurnalistlərin V.M. onlardan cəmiyyətin aktual problemlərinin həllində fəal iştirak tələb edir. İctimai ma­raqlar biznes qruplarının, siyasi qrupların kor­porativ maraqlarına uyğun gəlmədikdə ­jur­nalist cəmiyyətin fəal müdafiəçisi ol­ma­l­ıdır. Digər tərəfdən o, cəmiyyəti sosial ədaləti, insan hüquqlarını qorumaq, haki­miyyətin fəaliyyətini nəzarətdə saxlamaq istiqamətində səfərbər etməlidir.

Jurnalistika terminləri lüğəti