Reklam
Reklam

Fizika terminlər lüğəti

VİBRATOR1 lat. vibro – rəqs edirəm

Rəqs edən və ya rəqs əmələ gətirə bilən cisim (cisimlər sistemi).

Məsələn, kondensator və induktiv sarğacdan ibarət elektrik dövrəsi, sim, kamerton və s.

VİBRATOR2 lat. vibro – rəqs edirəm

elektr. 1. Mexaniki V. – mexaniki rəqslərin alınması üçün qurğu.

Müstəqil və ya vibrasiya maşını, yaxud avadanlığının qovşağı kimi istifadə edilir.

2. Elektrik V.-u – elektromaqnit rəqsləri təsirləndirən metal məftil parçası; cərəyan keçirən materialdan, yaxud dielektrikdən hazırlanan çubuq.

Sadə antena kimi və ya mürəkkəb antenaların elementi kimi işlədilir.

Fizika terminlər lüğəti