lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + yun. tufos – tüstü
Vulkan külü, vulkan qumu, digər püskürmə qırıntılarının preslənməsi və bərkiməsi nəticəsində əmələ gələn süxur.
Tərkibində qeyri-vulkanik mənşəli qatışıqlara da rast gəlinir. V.T.-nun qırmızı, çəhrayı, bənövşəyi, şabalıdı, narıncı, boz və qara rəngli formaları mövcuddur. Emalı çox asan olduğu üçün V.T.-ndan tikintidə üzlük daş kimi geniş istifadə edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti