Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xal1 [xal] isim

1. Ya anadangəlmə, ya da sonradan dəri üzərində əmələ gələn xırda, dəyirmi ləkə. □ Üzündə xal var.
2. Cürbəcür saplarla, rənglə vurulan naxış. □ Xalının əlvan xalları.
3. Qumar kağızının, zərin və s.-nin üstündəki nişanlardan hər biri.
4. Musiqinin əsas melodiyası ilə həmahəng olan yeni hissə, yeni cəhət. □ Onun vurduğu rənglər, xallar, nida və intonasiyalar zəngin, incə və orijinaldır. (İ.Əfəndiyev).

xal2 [xal] isim

1. İdman yarışlarında və oyunlarında qiymət qoyarkən hesablama vahidi.

2. Ümumiyyətlə, say, miqdar bildirir. □ Üç xal arıq.

Həmçinin bax:

frazeologizm: xal toplamaq frazeologizm: xal vurmaq frazeologizm: ürəyinə xal düşmək frazeologizm: ürəyinə xal salmaq Azərbaycan dilinin izahlı lüğəti