xalid sözündən olub, Azərbaycan dilində əbədi, daimi, ölməz anlamlarını ifadə edir.
Xalid kişi adı məişətimizdə geniş yayılmışdır. İslam tarixindən məlumdur ki, Məhəmməd Peyğəmbərin tərəfdaşlarından olan, Seyfullah (Allahın qılıncı) ləqəbini daşıyan Xalid ibn Valid (592-642) əslən Məkkədən, Qüreyşilər tayfasından olmuşdur. Əvvəllər Məhəmmədin, eləcə də İslam dininin amansız düşmənlərindən olan, 625-ci ildə Uhud yaxınlığındakı döyüşlərdə xeyli sayda müsəlmanı qətlə yetirən Xalid ibn Valid İslam dininə bələd olandan sonra müsəlmanlığı qəbul etmiş, Məhəmməd Peyğəmbərin sərkərdəsi olmuşdur. Beləliklə, Xalid adı müsəlman ölkələrində sevilən adlardan birinə çevrilmişdir. Bu gün ərəb xalqlarının məişətində geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti