►Vəzifəli və nüfuzlu adamın adından istifadə edib sadə xalqı incidən, onlara yuxarıdan aşağı baxanlar haqqında işlədilən ifadə.
İfadə səlcuq və monqol hərbi ənənələri ilə bağlı meydana gəlmişdir.
İfadәnin tam şәkli «Xandan gәlmiş nökәrәm, dinmә, dişlәrini tökәrәm» şәklindәdir. Bu məsəldə ifadәnin tәrkibində işlәnәn «nökәr» sözü müasir mәnada deyil, tarixәn tam başqa mәnada çıxış edir.
«Kitabi-Dәdә Qorqud» dastanında nökәr qәbilәdә döyüşçü kimi xidmәt edәn azad adamdır. Nökәrlәr qәhrәmanların әn yaxın adamları, onların silahdaşıdır. Onların hörmәti, nüfuzu böyük idi vә bәylәr onlarla hesablaşmağa mәcbur olurdular.
Tarixçi Rәşidәddinә görә, XI әsrdә Sәlcuq qvardiyasında seçmә gәnclәrdәn ibarәt xidmәt dәstәsi – hәrbi dәstә yalnız nökәrlәrdәn tәşkil olunurdu. Qaraqoyunlu dövlətində də nökәrlәr hәrbçilәr idi. Bəzən bu nökərlərə müəyyən səlahiyyət verəndə rəiyyəti çox incidirdilər. Görünür, ifadə bu şəraitin məhsulu kimi meydana çıxmışdır.
Monqol sözü olan «nökәr//nökür», әslindә, «dost» demәkdir. Könüllü surәtdә xidmәtә daxil olan nökәr, әslindә (ilk dövrlәrdә), çox sәrbәst vә müstәqil idi. Odur ki qədimlәrdә hәtta aristokratlar da nökәr («dost») olmağa çox hәvәslә razılıq verirdilәr.
Tәdricәn nökәrlәr hәrbi xidmәtdәn әlavә, ağalarının әmri ilә digәr işlәrlә dә mәşğul olmağa başlayırlar: sırf tәsәrrüfat işlәrindә çalışır, ovda kömәkçi olur, balıq ovuna gedir, evә odun һazırlayır, o biri ev xidmәtçilәri ilә yanaşı xırda ev işlәrinә dә kömәk edirdilәr. Nökәrlәr әn çox çapar, qasid vәzifәsini yerinә yetirirdilәr.
Məsəllər, deyimlər