xeybar sözündəndir. Yəhudi ləhcələrindən birində “qala, bürc” mənasındadır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar Xeybər kişi adı Ərəbistan yaxınlığındakı qalanın adındandır. Əfqanıstan və Pakistan arasında yerləşən bu qala İslam tarixində Məhəmməd Peyğəmbərin adı ilə əlaqələndirildiyindən məşhurdur. Məhəmməd Peyğəmbər və köməkçiləri bu qalada yəhudilərlə vuruşub qalib gəlmişlər. Bu hadisə Şərqdə bir çox yazıçıların əsərlərində də öz əksini tapmışdır. Bəzi lüğətlərdə Xeybər kişi adı fars mənş. taqətsiz, heysiz sözü ilə əlaqələndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti