Reklam
Reklam

Etimologiya lüğəti

Xəzər

Qədim ruslarda bu dənizin adına “Xвалиськое море” deyiblər. Dərbənd də­nizi, Quzğun gölü, Həştərxan dənizi, Göygöz dəniz və s. adlarla da tanınıb. Alim­lərin fikrincə, Xəzər sözü Kaspi sözünün dəyişmiş formasıdır. Kaspi isə Qafqaz dağlarının adındakı Qaf hissəsi ilə eyni söz olub. Belə hesab edirəm ki, Xəzər dənizinin adını Xəzər tayfası ilə bağlayan alimlər (Rza Nur və b.) haqlıdırlar. Xəzərlər isə türk tayfalarından olublar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti