xızır (əslində xıdr) sözü dilimizdə əsasən yaşıl, yaşıllıq, həmçinin yazın gəlişini xəbər verən kimi mənalandırılır.
Eyni zamanda imdada yetişən, acizlərin köməkçisi, xeyirxah, kömək göstərən, yardım edən mənası da vardır. Dini əfsanələrdə möcüzələr göstərən Xızr Peyğəmbər kimi təqdim edilir. Mənbələrdə Xıdır Xızır Peyğəmbərin adı ilə də əlaqələndirilir. Dini rəvayətlərdən birində deyilir ki, Xıdır dirilik suyu içdiyinə görə həmişəlik diri qalıb ölməzliyə qovuşmuş, yol azanlara, aşiqlərə yol göstərən əfsanəvi peyğəmbərin, İlyas Peyğəmbərin ləqəbidir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti