Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xidmət [xidmət] isim ərəb

1. Bir idarədə, müəssisədə və s.-də maaşla qulluq etmə, işləmə, rəsmi vəzifə yerinə yetirmə.
2. Hərbi vəzifə yerinə yetirmə, ordu sıralarında və ya donanmada qulluq etmə; əsgəri vəzifə. □ Orduda xidmət.
3. Orduda hərbi məşğələlər, vəzifələr sahəsi, habelə onlara xidmət edən idarələr sistemi. □ İnzibati xidmət.
4. İstehsalat sahəsi, habelə bir işin xüsusi sahəsinə baxan idarə, təşkilat. □ Hava xidməti.
5. Adamların ehtiyaclarını, rahatlığını təmin edən təsərrüfat və ya başqa vasitələr sistemi. □ Rabitə xidməti.
6. Yüksək qiymətə, ada, nüfuza layiq olan hərəkət, fəaliyyət, iş. □ Yubilyarın xidmətləri.
7. Birinə qulluq göstərmə; birinin ehtiyac və tələbatını təmin etmək üçün görülən iş. □ Dostcasına xidmət.

Həmçinin bax:

frazeologizm: ayı xidməti frazeologizm: xidmət göstərmək jurnalistika: dünya radio yayım xidməti jurnalistika: xəbər xidməti jurnalistika: ictimai yayım xidməti jurnalistika: informasiya xidməti jurnalistika: mətbuat xidməti jurnalistika: server xidməti jurnalistika: telekommunikasiya xidməti jurnalistika: telekommunikasiya xidməti abunəçisi jurnalistika: universal telekommunikasiya xidməti coğrafiya: xidmət sahələri coğrafiyası Azərbaycan dilinin izahlı lüğəti