Reklam
Reklam

Etimologiya lüğəti

xırman

Fars sözüdür, dərzin döyülmək üçün yığıldığı yerə deyirlər və xərlə (eşşəklə) bağlıdır. Görünür, xırmanı eşşəklə döyüblər və o, vəli arxasınca müntəzəm çəkib (-man bu müntəzəmliyi bildirən şəkilçidir və dəyirman sözündə də özünü gös­tə­rir). 2-ci mülahizə də var: farsca xırman sözünün bir mənası da “taxıl tığı (dən to­pa­sı)” deməkdir. Xırmangah farslarda “гумно” (xırman) deməkdir. Bu mə­na­da xır­man elə “taxıl yığılan sahə” anlamını əks etdirir. Sonuncu yozum daha inan­dırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti