Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

xirqə ərəb

1. Bez və ya qumaş parça.

2. Dərvişlərin geydikləri qaba yundan uzun ətəkli üst geyimi. (“Koroğlu” dastanının lüğəti)

Çənlibeldən dud eləyib...

Ərzurumun gözəlinə gəlmişəm.

Əcəl xirqəsini geyib əynimə,

Həm də ölüm bazarına gəlmişəm.

                                        (“El aşıqları”)

                     *

Dəldi xirqəm, keçdi neylər,

Hər görən tərifin eylər,

Koroğlu iltimas eylər,

Salı ver gəlsin Eyvazı.

                        (Paris nüsxəsi, 9-cu məclis)

Azərbaycan dastanlarının leksikası