Reklam
Reklam

Etimologiya lüğəti

xış

Radlovun əsərində bu söz qoş kimi verilib. Qoşa sözü ilə eyni kökə malikdir (təsadüfi deyil ki, farslar cüt sözündən istifadə edirlər: cütcü babasan...) Səbəbi isə odur ki, xışa bir boyun (yəni bir boyunduruqluq, iki ulaq) qoşurlar. Bəzən xış sözünü fars mənşəli hesab edirlər. Səhvdir. Dilimizdə xışma sözü var və o da qoşa sözü ilə qohumdur, xışma iki ovucun qoşalaşması ilə bağlı işlədilir. Qovuşmaq feili də qoşa (qoşalaşma, birləşmə) sözü ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti