Reklam
Reklam

Etimologiya lüğəti

xoruz

Fars sözüdür. Türk dillərində onun yerinə, ayğır toyuq, erkək toyuq, avdan, ötən kimi sözlər işlədilib. Avdan sözünün dan hissəsi dan ulduzu birləşməsindəki dan sözü ilə eynidir, “səhər”, “işıq” deməkdir (aydın sözü də “ay işığı” deməkdir). Avdan sözündəki av hissəsinin mənşəyini müəyyənləşdirə bilmədim, hər halda quş mənasını verən söz olmalıdır: avdan ya səhər quşu, ya da səhər oxuyan kimi qəbul oluna bilər. “Səhər oxuyan” mənası daha inandırıcıdır: çuvaşlar xo­ruza ötəş (oxuyan) deyir, ruslarda петух “петь” sözündəndir və s. Deməli, oxu­ma mənası üstünlük kəsb edir. Məncə, sözün əsli ay+dan (səhər oxuyan) kimi olub, ay qədim türk dillərində ayıtmaq sözünün köküdür. Ötəş sözü çuvaş dilində indi də işlədilir, oxumaq, banlamaq, ötmək sözü ilə bağlıdır. Rus dilində аркать sözü var, кричать sözünün sinonimidir (indi çox az işlədilir). Təd­qi­qatçılar аркать (арать) kəlməsini türk mənşəli hesab edirlər. Avdan (xoruz) sö­zünün av hissəsi, güman ki, ar olub. Sözün mənası “dan üzü qışqıran (banlayan)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti