Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XOSROV fars.

xosrov sözü dilimizdə hökmdar, padşah, sultan, həmçinin xoş, təskinedici anlamlarını ifadə edir.

Mənbələrdə adın Qeysər, yaxud Kəsra adından yaranması barədə də mülahizələrə rast gəlinir. Məlum olduğu kimi, dilimizin antroponimik vahidlər sistemində İran şahlarının adlarından yaranmış kifayət qədər kişi adları mövcuddur. Xosrov da bu qəbildən olan şəxs adları sırasındadır. İran tarixindən məlum olduğu kimi, Xosrov Ənuşirəvan (531-579) və Xosrov Pərviz (590-628) Sasanilər sülaləsinin məşhur hökmdarları olmuşlar. Xosrov kişi adı I Xosrov Ənuşirvanın (ərəb qaynaqlarında “Qubaz”) – 531-579-cu illərdə İranda hökmranlıq etmiş əfsanəvi Kəyan sülaləsindən olan məşhur Sasani padşahının adındandır. I Xosrov öz atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər dövlət quruculuğunda istifadə etmişlər. Hökmdar II Xosrov Pərviz onun nəvəsi olmuşdur. Azərbaycanda Xosrov şəxs adı ədəbi-bədii obrazın – N.Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanının adı da onların təsiri ilə yaranmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti