fars. Khorrām-Dīnān, ər. Khurrāmīyah – nəşəli dinin mənsubları, ardıcılları; bəzi ehtimallara görə isə bu termin pəhləvicə “od”, “günəş” anlamı verən “xvar” sözündən yaranıb
Abbasilər hakimiyyətinin başlanğıc mərhələsində Azərbaycan, İran, Orta Asiyada geniş yayılmış, islam dini və xilafət əleyhinə çevrilmiş dini-siyasi hərəkat.
Məzdəkiliyə əsaslanan X. ideologiyası üçün dualizm səciyyəvi olub. Belə ki, X. dini etiqadının əsasında – işıq və qaranlığın, yəni xeyir və şərin simvolu olan iki mənəvi qüvvəyə inam dayanıb. X.-də məzdəkiliklə yanaşı, bir sıra islam və xristian ünsürləri də öz əksini tapıb; məs.: ruhların köçməsi, ilahi ruhun peyğəmbərlər və digər görkəmli şəxsiyyətlərdə təcəssüm etməsi ideyasını X. şiəlikdən götürüb. X.-in sosial proqramı isə insanların tam bərabərliyini, bütün vergi və mükəlləfiyyətlərin ləğvini, maddi nemətlərin bərabər bölgüsünü nəzərdə tutub. X. bayrağı altında baş vermiş ən kütləvi hərəkat IX əsr Babək üsyanı sayılır.
Tarix terminləri lüğəti