Reallıqda mövcud olmayan təsvirin ekranda görünməsini təmin edən kino, televiziya və kompüter texnologiyalarının cəmi.
X.E. texnologiyaları ilə hazırlanan təsvir ekranda real təsvirdən seçilmir. X.E.-lər iki qrupa bölünür: vizual və mexaniki. Vizual effektlər kompüter qrafikası, yaxud montaj üsulu ilə yaradılır. Mexaniki effekt studiyada xüsusi materiallardan istifadə etməklə, pirotexniki üsullarla, səs qurğuları vasitəsilə yaradılır.
Jurnalistika terminləri lüğəti