Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

yan1

Cəlilabad, Oğuz

Başqa. □ Maha icazə ver, yan yerə gedəsiyəm (Oğuz); Mən onnan danışdım, gəldim, o, yan yerə getdi; Miyəllim diyən bı qağa yan yerdən gəlib, heləmi? (Cəlilabad).

yan2

Cəlilabad

Hissə. □ Bı cücəni üç yana böləcəkdüg.

yan3

Cəbrayıl

Hananın dayaq ağacı.

Azərbaycan dilinin dialektoloji lüğəti