1. Ürəkdən heyifsilənmək, çox acımaq, ağır mənəvi əzab və iztirab keçirmək. □ Vaqif bu mənzərəyə baxıb düşünür və düşündükcə də yanıb-yaxılırdı. (Y.V.Çəmənzəminli).
2. Məcazi mənada: aşiq və məftun olmaq, eşq mübtəlası olmaq. □ Fərhad Şirin ucundan; Yandı-yaxıldı, ay gözəl! (Aşıq Ələsgər).
3. Acığından, hirsindən boğulmaq, yanıb-tökülmək, bərk hirslənmək. □ Kişi yanıb-yaxılaraq bu dəfə cavab verməyə söz tapmadı. (İ.Əfəndiyev).
Azərbaycan dilinin izahlı lüğəti